Yuxarı

Rusiya iki taktikadan istifadə edir, qarşısını almaq çətindir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya iki taktikadan istifadə edir, qarşısını almaq çətindir

Cənubda dörd istiqamət mövcuddur: Pridneprovsk (Xerson) və Zaporojye vilayətində yerləşən üç istiqamət – Orxiv, Qulyaypol və Aleksandrovsk. Hazırda Zaporojye bölgəsində vəziyyət olduqca gərgindir, ən çətin durum isə Qulyaypol istiqamətində müşahidə olunur.

Axar.az xəbər verir ki, bu sözləri Ukraynanın Cənub Müdafiə Qüvvələrinin sözçüsü Vladislav Voloşin deyib.

“Orada (Qulyaypol) hər gün təxminən otuzadək döyüş toqquşması baş verir, düşmən Qulyaypolu tam nəzarətə götürməyə, onu həm şimaldan, həm də cənubdan mühasirəyə almağa çalışır.

Ruslar həmin ərazidə irəliləməyə, ordumuzu geri sıxışdırmağa, mövcud dayaq mövqelərimizi nəzarət altına almağa və Ukrayna müdafiəsinin dərinliklərinə daxil olmağa cəhd göstərirlər. Bunun üçün onlar, birincisi, infiltrasiya taktikasından istifadə edirlər – diversiya qrupları gizli şəkildə mümkün qədər arxa cəbhəmizə sızmağa çalışır.

İkincisi, hücumlara kiçik piyada qrupları cəlb olunur – düşmən “dalğalarla” hücum edir ki, biz vaxtında ehtiyat qüvvələri cəbhəyə cəlb edə bilməyək. Çünki ardıcıl hücumlar şəraitində logistikanı qurmaq, rotasiya aparmaq və digər təşkilati tədbirləri həyata keçirmək kifayət qədər çətin olur”, - Voloşin söyləyib.

Tarix
2026.02.10 / 09:39
Müəllif
Axar.az
Digər xəbərlər

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla