Sabah Bakıya yağış yağacaq
13:00
| Ana səhifə Planet |
|
İranın Kuhdəşt şəhərində polis qüvvələrinin komandanlıq qərargahı hədəfə alınıb.
Axar.az xəbər verir ki, bu barədə “Demokratlar” Teleqram kanalı məlumat yayıb.
Yayılan görüntülərdə qərargahın və ətraf tikililərin demək olar ki, tamamilə məhv olduğu, yalnız giriş qapısının salamat qaldığı görünür.
Bildirilir ki, bu mərkəz bölgədə İran İslam Respublikasına bağlı qüvvələrin istifadə etdiyi bazalardan biri idi.
Hadisə nəticəsində ölən və yaralananların sayı barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
|
Tarix
2026.03.10 / 11:42
|
Müəllif
Aysel Baxşiyeva
|