Yuxarı

Pezeşkian yenə Putinlə danışdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pezeşkian yenə Putinlə danışdı

Rusiya Prezidenti Vladimir Putinlə iranlı həmkarı Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Söhbət zamanı Pezeşkian ABŞ və İsrailin törətdiyi cinayətlərin beynəlxalq aləmdə qınanmasını qabardıb. Putin isə müharibənin sona çatması məqsədilə hər cür yardıma hazır olduğunu elan edib.

İran və Rusiya prezidentləri telefon danışığında ikitərəfli əməkdaşlığın ən mühüm məsələləri, eləcə də hücumlardan sonrakı regional proseslər ətrafında fikir mübadiləsi aparıblar.

Rusiya prezidenti ölkəsinin İrana qarşı hərbi təcavüzə qarşı olduğunu bir daha xatırlatmaqla yanaşı, lazımi yardımları göndərməyə, habelə regionda münaqişələrin ən qısa zamanda başa çatması üçün hər cür dəstəyə hazır olduğunu elan edib.

Pezeşkian Rusiyanın mövqeyini yüksək qiymətləndirib.

Tərəflər həmçinin ali səviyyələrdə məsləhətləşmələrin davam etdirilməsinin zəruriliyini vurğulayıblar.

Qeyd edək ki, bu, ABŞ və İsrailin İrana qarşı müharibəyə başlamasından (28 fevral) bəri Putin və Pezeşkian arasında ikinci telefon danışığıdır.

Tarix
2026.03.10 / 23:27
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla