Yuxarı

Paşinyan Vensə "Artsax"la bağlı kitab verəni işdən qovdu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan Vensə "Artsax"la bağlı kitab verəni işdən qovdu

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, onun sərəncamı ilə qondarma “erməni soyqırımı muzeyi”nin direktoru Edita Qzoyan istefa verib.

Axar.az APA-ya istinadən xəbər verir ki, o, bu gün bu barədə brifinqdə jurnalistin Qzoyanın ABŞ vitse-prezidentinə qondarma “Artsax” haqqında kitab hədiyyə etməsi və “Artsax” barədə danışması ilə bağlı suala cavabında deyib.

“Bəli, istefa ərizəsi yazmasını xahiş etdim. Mən bunu hökumətin həyata keçirdiyi xarici siyasətə zidd hərəkət, bunu təxribatçı hərəkət hesab etdim və ərizənin yazılmasını xahiş etdim”, - Paşinyan qeyd edib.

Baş nazir vurğulayıb ki, Ermənistanda xarici siyasət hökumət tərəfindən aparılır:

“Baş nazir Qarabağ hərəkatının olmadığını bəyan edirsə, əcnəbi qonağa “Artsax məsələsi” ilə bağlı kitab vermək nə deməkdir? Bu ölkədə neçə nəfər xarici siyasət apara bilər? Ermənistanda xarici siyasət Ermənistan Respublikası hökuməti tərəfindən aparılır və hökumətin apardığı xarici siyasətə zidd bir şey söyləyən məmur işdən azad edilməlidir. Bu dövlətdir, yoxsa həvəskar fəaliyyət klubudur?”

Tarix
2026.03.12 / 21:01
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla