Yuxarı

Hörmüz boğazı bağlandı, neft şirkətləri 15 milyard itirdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hörmüz boğazı bağlandı, neft şirkətləri 15 milyard itirdi

Fars körfəzi ölkələrindəki neft şirkətləri Hörmüz boğazının bağlanması səbəbindən təxminən 15,1 milyard dollar itiriblər.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə konsaltinq şirkəti “Wood Mackenzie”nin hesablamalarında deyilir.

Hörmüz boğazının faktiki bağlanması ən çox Səudiyyə Ərəbistanına zərbə vurub və neft ixracından 4,5 milyard dollar gəlir itirib. Qətərin neft və qaz şirkəti “Qatar Energy”, neft hasilatının dayandırılması səbəbindən 2-11 mart tarixləri arasında təxminən 571 milyon dollar gəlir itirib.

Ekspertlər hesab edirlər ki, büdcə gəlirlərinin 90%-ni neft hasilatından əldə edən İraq neft məhsullarının istehsalı və təchizatındakı fasilələrdən ən ciddi ziyana məruz qala bilər. Qətər və Küveyt də mənfi nəticələrlə üzləşə bilər, lakin qısa müddətdə onlar öz suveren sərvət fondlarından istifadə edə bilərlər.

“Kpler”in analitik şirkəti bildirib ki, Hörmüz boğazında bloklanmış gəmilərdə neft məhsullarının və mayeləşdirilmiş təbii qazın dəyəri ən azı 10,7 milyard dollardır. Boğazdan gündəlik orta hesabla 1,2 milyard dollar dəyərində enerji resursları daşınırdı.

Tarix
2026.03.14 / 00:37
Müəllif
Axar.az
Digər xəbərlər

Kral III Msvati Bakıya gəldi

Aleksandr Vuçiç bu gün Bakıya gəlir

Hikmət Hacıyev WUF13-lə bağlı film paylaşdı - Video

Azərbaycanla bağlı bu səhvləri təkrarlamayacam - Paşinyan

Azərbaycanda 4 günlük iş həftəsi... - Detallar

Bakıda forum: Hədəf 8 ölkənin hüdudlarını aşmaqdır - Baş katib

İsrailin Azərbaycan bayrağı yanlışına İranın erməni cavabı

Azərbaycan TDT-ni geosiyasi gücə çevirir...

Şuşada bu evləri 2 minə satırdılar - Erməni bloger

İliyana Yotova Bakıya gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla