Yuxarı

ABŞ “Şahid”in surəti ilə bu ölkələrə hücum edir - İran

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ “Şahid”in surəti ilə bu ölkələrə hücum edir - İran

ABŞ və İsrail İranın “Şahid-136” PUA-sının surətindən istifadə edərək İslam Respublikasını qaralamaq məqsədi ilə region ölkələrindəki mülki infrastrukturu vurur.

Axar.az xəbər verir ki, bu sözləri “Xatəm əl-Ənbiya”nın Mərkəzi Komandanlığının sözçüsü deyib.

Bu gün yayımlanan rəsmi açıqlamada sözçü bildirib ki, döyüş meydanındakı hərbi uğursuzluqlardan və İrana qarşı siyasi koalisiya qura bilməməsindən sonra düşmən aldatma yoluna əl atıb:

“Bu əməliyyatların məqsədi şübhə yaratmaq və İran İslam Respublikasını günahlandırmaq, eyni zamanda Tehranla qonşuları arasında nifaq salmaq və bununla da İranın müdafiə hərəkətlərinin legitimliyini sarsıtmaqdır”.

Sözçü son günlərdə Türkiyə, Küveyt və İraq da daxil olmaqla, dost və qonşu ölkələrdəki hədəflərə qarşı Qərb mediasının və düşmən tərəflərin yalan olaraq İran hərbi qüvvələrinə aid etdiyi bir sıra “şübhəli hücumlara” işarə edib.

O, İranın hərbi əməliyyatlarının ciddi şəkildə intizamlı, aydın hüquqi prinsiplərə tabe olduğunu və yalnız ABŞ və İsrailə məxsus hərbi hədəflərlə məhdudlaşdığını vurğulayıb:

“İran İslam Respublikası dəfələrlə bəyan etdiyi kimi, yalnız ABŞ və sionist rejimin hədəflərinə, mərkəzlərinə və maraqlarına zərbələr endirir və rəsmi açıqlama verərək hücum etdiyi hər hansı bir yerə görə tam məsuliyyəti öz üzərinə götürür”.

Tarix
2026.03.15 / 13:04
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya səfiri XİN-ə çağırıldı - Etiraz

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla