Yuxarı

Ekzit-poll: Qazaxıstanlılar yeni Konstitusiyanı dəstəklədi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ekzit-poll: Qazaxıstanlılar yeni Konstitusiyanı dəstəklədi

Qazaxıstan vətəndaşları 15 mart tarixində keçirilən ümumrespublika referendumunda yeni Konstitusiyanı dəstəkləyiblər.

Axar.az-ın Azərtac-a istinadən verdiyi məlumata görə, Avrasiya İnteqrasiya İnstitutunun ekzit-poll məlumatlarına görə, iştirakçıların 86,7 faizi yeni Konstitusiyanın lehinə səs verib.

Səsvermə bülletenində “2026-cı il fevralın 12-də mediada dərc edilən Qazaxıstan Respublikasının yeni Konstitusiya layihəsini qəbul edirsinizmi?” sualı verilib. Cavablar: “Bəli, qəbul edirəm” və “Xeyr, qəbul etmirəm”.

Səsvermə ölkə üzrə 10 mindən çox məntəqədə keçirilib. Daha 71 məntəqə Qazaxıstanın 54 ölkədəki nümayəndəliklərində fəaliyyət göstərib. Referendum iştirakçılarının siyahısına 12 461 796 vətəndaş daxil edilib.

Referendumun müşahidəsində 38 xarici dövlətin və 11 beynəlxalq təşkilatın 359 nümayəndəsi iştirak edib.

Yeni Konstitusiya layihəsinin əsas yeniliklərinə 145 deputatdan ibarət birpalatalı parlament (Qurultay), vitse-prezident institutu və Qazaxıstan Xalq Şurası daxildir.

Tarix
2026.03.15 / 23:58
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya səfiri XİN-ə çağırıldı - Etiraz

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla