Yuxarı

Səudiyyədən İran diplomatlarına: Ölkəni tərk edin!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səudiyyədən İran diplomatlarına: Ölkəni tərk edin!

Səudiyyə Ərəbistanı Krallığındakı İran səfirliyinin hərbi attaşesi, onun köməkçisi və diplomatik nümayəndəlikdə çalışan digər üç əməkdaşı “arzuolunmaz şəxslər” (persona non-qrata) elan olunub və onların 24 saat ərzində ölkə ərazisini tərk etməsi tələb edilib.

Axar.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Qeyd olunub ki, bu addım İranın bəzi ərəb və digər islam ölkələrinə qarşı davamlı təcavüzü fonunda atılıb.

Bəyanatda vurğulanır ki, Səudiyyə Ərəbistanı Krallığı bu təcavüzü şiddətlə qınayır və BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, öz suverenliyini, sabitliyini, ərazi bütövlüyünü və hava sərhədlərini, vətəndaşlarını, orada yaşayan digər vətəndaşları, öz maraqlarını qorumaq üçün lazımi tədbirləri həyata keçirməkdən çəkinməyəcək.

Tarix
2026.03.22 / 01:25
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

Rusiya səfiri XİN-ə çağırıldı - Etiraz

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla