Yuxarı

Macarıstanda seçkilər: Rekord göstərici qeydə alındı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Macarıstanda seçkilər: Rekord göstərici qeydə alındı

20:39

Macarıstanda seçki məntəqələrinin bağlanmasına iki saat qalmış - yerli vaxtla saat 17:00-da seçici fəallığı 74,23%-ə çatıb.

Axar.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bildirilib ki, bu, rekord göstəricidir. Belə ki, 2022-ci ildə keçirilən son seçkilərdə seçici fəallığı 62,92% təşkil edib. Builki seçici fəallığı artıq 2002-ci ildə qeydə alınan əvvəlki 73,51%-lik rekordu keçib.

Analitiklər seçki məntəqələri bağlanana qədər seçici fəallığının 80%-ə çata biləcəyini proqnozlaşdırırlar.

Əsas namizədlər olan “Fides” və “Tisa” partiyalarının liderləri Viktor Orban və Peter Magyar seçiciləri saat 19:00-dan əvvəl seçki məntəqələrinə getməyə çağırıblar.

***

Yerli vaxtla saat 18:30-a (səsvermə məntəqələrinin bağlanmasından yarım saat əvvəl) olan məlumata görə, seçici aktivliyi 77,80% təşkil edib. Bu, Macarıstanın tarixi ərzində ən yüksək nəticədir.

Hazırda məntəqələr bağlanıb və səslərin sayılmasına başlanılıb.

Qeyd edək ki, bu seçkilər Macarıstan üçün çox əhəmiyyətlidir. Çünki Orbandan fərqli olaraq, Magyar Ukraynaya yardım və AB ilə həmrəylik strategiyasını seçəcək.

Tarix
2026.04.12 / 22:11
Müəllif
Axar.az
Digər xəbərlər

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

Azərbaycan Əfqanıstanı təbrik etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla