Yuxarı

Ərdoğanın adından yayılan bu ifadələr yalandır - Açıqlama

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğanın adından yayılan bu ifadələr yalandır - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından sosial mediada İran və Livana hücumla bağlı yayılan ifadələr yalandır.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi yayıb.

"Bəzi sosial media platformalarında paylaşılan və Prezident Rəcəb Tayyib Ərdoğana aid edilən ‘‘İrana və ya Livana bir hücum olarsa, bunu Türkiyəyə hücum hesab edərik" ifadələri tamamilə əsassızdır", - məlumatda bildirilib.

Əlavə edilib ki, Türkiyə bölgədə yaşanan son gərginlik və qarşıdurmalarda sülhü, rifahı və təhlükəsizliyi müdafiə edən konstruktiv mövqe nümayiş etdirib:

"Sözügedən əsassız iddiaların məqsədi; Türkiyənin regional sülhün qurulmasındakı qabaqcıl roluna kölgə salmaq, ölkəmizi qarşıdurma və böhran mühitlərinə cəlb etmək, beynəlxalq ictimaiyyətdə yanlış bir qavrayış yaradaraq dezinformasiya üzərindən siyasi manipulyasiya etməkdir.

Qəsdən və mütəşəkkil şəkildə müəyyən bir mənbədən yayılan bu cür manipulyativ paylaşımlara, qara təbliğat fəaliyyətlərinə və psixoloji müharibə taktikalarına etibar edilməməsi; yalnız rəsmi kanallardan verilən açıqlamaların nəzərə alınması böyük əhəmiyyət kəsb edir.

Həqiqətə uyğun olmayan iddialara qarşı mübarizəmiz qətiyyətlə davam edəcək".

Tarix
2026.04.13 / 01:52
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla