Yuxarı

Simonyan Qafarova ilə görüşdən yazdı: Razılaşdıq... - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Simonyan Qafarova ilə görüşdən yazdı: Razılaşdıq... - Foto

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri iki ölkə arasında münasibətlərin normallaşması prosesini müzakirə edib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan X hesabında Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşü haqda yazıb.

O, Parlamentlərarası İttifaqının (PAİ) 152-ci Assambleyası çərçivəsində İstanbulda Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşdüyünü və ölkələr arasında münasibətlərin normallaşması istiqamətində son irəliləyişləri, o cümlədən sülhün və sabitliyin möhkəmləndirilməsi, həmçinin ticarət əlaqələrinin genişləndirilməsi səylərinin məmnuniyyətlə qeyd edildiyini diqqətə çatdırıb:

“Parlamentlərarası İttifaqının parlamentlərarası əməkdaşlıq üçün mühüm platforma rolunu vurğuladıq və Baş katib Martin Çunqonqun dialoqun təşviqində göstərdiyi səyləri yüksək qiymətləndirdik. Həmçinin 2025-ci ilin oktyabrında Cenevrə şəhərində keçirilən görüşümüzdən sonra parlament nümayəndə heyətləri arasında yenilənmiş əlaqələri alqışladıq və bu əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəldik. Konstruktiv parlament dialoqu cəmiyyətlərimiz arasında etimadın qurulmasında əsas amil olaraq qalır”.

Tarix
2026.04.17 / 14:23
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla