Yuxarı

Fitso: Qırmızı Orduya görə Rusiyaya gedirəm

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fitso: Qırmızı Orduya görə Rusiyaya gedirəm

Slovakiya Baş naziri Robert Fitso Qırmızı Ordu əsgərlərinə ehtiram göstərmək üçün Moskvaya səfər edəcək.

Axar.az xəbər verir ki, bu barədə Fitso özü deyib.

“Moskvaya səfərimin mövcud siyasi vəziyyətlə heç bir əlaqəsi yoxdur. Slovakiyanı azad edərkən Qırmızı Ordunun 60 min əsgəri həlak olub. Bu, Rusiya ordusu deyil, Qırmızı Ordu idi. Onun sıralarında SSRİ-yə daxil olan bütün ittifaq respublikalarının əsgərləri döyüşürdü”, – deyə Fitso Bratislava ticarət texnikumunun tələbələri ilə görüşdə bildirib.

Baş nazir vurğulayıb ki, o, hərbi paradda iştirak etməyi planlaşdırmır – nə bu il, nə də ötən il belə tədbirlərdə iştirak edib:

“Səfərin məqsədi başqadır: Naməlum əsgərin məzarına qərənfillər qoymaq. Azadlıq uğrunda döyüşən əsgərlərə ehtiram göstərmək vacibdir”.

Fitso həmçinin Normandiyaya da səfər edəcəyini qeyd edib. Bu səfər ikinci cəbhənin açılmasının 82-ci ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində baş tutacaq:

“Orada da çox sayda insan həlak olub”.

Səfərlə bağlı tənqidlərə cavab verən baş nazir prinsipial mövqe nümayiş etdirib:

“Biz bu tarixi yaddaşımızdan silə bilmərik. Bu gün Avropa Birliyinin Rusiyaya baxışı fərqli olduğu və Rusiya ilə Ukrayna arasında münaqişə getdiyi üçün biz elə davranmalıyıq ki, guya Rusiya yoxdur? Heç nə baş verməyib və bu bizi maraqlandırmır?”

Fitso həmçinin xatırladıb ki, II Dünya müharibəsində ən böyük itkiləri SSRİ-yə daxil olan xalqlar verib.

Tarix
2026.04.22 / 00:34
Müəllif
Axar.az
Digər xəbərlər

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla