Yuxarı

Mayın 1-dən 50 yaşdan yuxarı kişilər səfərbərliyə cəlb ediləcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mayın 1-dən 50 yaşdan yuxarı kişilər səfərbərliyə cəlb ediləcək

Ukraynada hərbi vəziyyət rejimi 2 avqust 2026-cı il tarixinədək uzadılıb ki, bu da may ayında mövcud səfərbərlik qaydalarının qüvvədə qalması deməkdir.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, 18 yaşdan 60 yaşadək hərbi vəzifəli şəxslər, o cümlədən yuxarı yaş qrupuna aid vətəndaşlar Silahlı Qüvvələrin sıralarına çağırıla bilər.

Lakin 50 yaşdan yuxarı kişilər üçün hərbi xidmət və qeydiyyatla bağlı müəyyən xüsusiyyətlər mövcuddur.

"Səfərbərlik hazırlığı və səfərbərlik haqqında" qanuna əsasən, möhlət hüququ olmayan bütün hərbi vəzifəlilər ümumi əsaslarla xidmətə cəlb olunur.

Praktikada çağırış barədə qərar yaşdan daha çox bir neçə amilin vəhdətindən asılıdır. Burada ilk növbədə hərbi-həkim komissiyasının rəyi əsasında sağlamlıq vəziyyəti, orduda tələb olunan ixtisasın olması və möhlət hüququnun mövcudluğu nəzərə alınır.

Əgər şəxs yararlı hesab edilərsə, 59 yaşına qədər (60 yaş tamam olana qədər) səfərbərliyə cəlb edilməsi mümkündür.

50 və 55 yaşdan yuxarı kişilərin xidmət yerlərinin müəyyənləşdirilməsində də fərqli yanaşmalar tətbiq olunur. Çox vaxt söhbət birbaşa təmas xəttindəki döyüş bölmələrindən deyil, arxa cəbhə və təminat strukturlarından gedir. Bu sahələrdə peşəkar təcrübə və təşkilatçılıq bacarığı daha üstün tutulur.

Bununla belə, konkret xidmət yeri fərdi qaydada – hazırlıq səviyyəsi və ordunun cari ehtiyaclarına uyğun olaraq təyin edilir. 60 yaşı tamam olan hərbi qulluqçular isə tərxis olunur, lakin xidmətini davam etdirmək istəyənlər üçün xüsusi "60+" müqavilə sistemi nəzərdə tutulub.

Tarix
2026.04.29 / 10:40
Müəllif
Axar.az
Digər xəbərlər

Nazirdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

“Liv Bona Dea” məhkəməyə saxta sənəd verib – Köçərli

Niderland parlamentinin Bakıya qarşı qərəzli sənədi… - Səfir

Şahin Mustafayev Ermənistanda səfərdədir - Foto

Ukraynanın Putini dəli edən zərbəsi: Rusiya çökə bilər

Ermənistan Azərbaycanla sərhəddə silah anbarlarını boşaldır

Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev

İranın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş

Meloninin səfərinə hazırlıq: Əmirbəyov Çirielli ilə görüşdü

Erməni general yenə Hindistandadır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla