Yuxarı

Kürdəmirdə evdə yanğın: ölən var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kürdəmirdə evdə yanğın: ölən var

Kürdəmirdə fərdi yaşayış evində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Axar.az-a verilən məlumata görə, yanğın yerinin müayinəsi zamanı bir nəfərin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kürdəmir rayonu, Yenikənd kəndində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunublar.

Yanğınsöndürənlər tərəfindən ümumi sahəsi 168 kvadratmetr olan birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın söndürülüb.

Yanğın nəticəsində evin yanar konstruksiyaları 144 kv.m sahədə yanıb. Yanğın yerinin müayinəsi zamanı 1981-ci il təvəllüdlü Fikrət Mütəllim oğlu Eminovun meyiti aşkar edilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Tarix
2026.04.29 / 11:58
Müəllif
Axar.az
Digər xəbərlər

Ankarada Azərbaycanı “xilafət”ə çağırdılar - Video

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

İran səfirindən "Səhər Azəri"nin yaydığı görüntüyə reaksiya

Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun

Şövkət Mirziyayev sabah Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla