Yuxarı

Pəhləvi çağırış etdi: İrana zərbələr endirin!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pəhləvi çağırış etdi: İrana zərbələr endirin!

İran şahının oğlu Rza Pəhləvi Tehrana təzyiqlərin davam etdirilməsinə, rejimin infrastrukturunu hədəf almağa və insanların küçələrə qayıtması üçün fürsət yaratmağa çağıraraq, bu işin yarımçıq qalmamalı və sona qədər davam etdirilməli olduğunu bildirib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə o, “Fosk Nyus”a danışıb.

“Son oyun İran xalqının öz ölkələrini geri alması üçündür. Bunun üçün ona bərabər oyun meydanı lazımdır. Bu ilin 8-9 yanvar tarixlərində 24 saatdan az müddətdə təxminən 40 000 insan qətlə yetirildi. Bu, İran xalqının azad olmalı olduğuna inanan bir ölkənin mirası ola bilməz”, - o deyib.

Rza Pəhləvi əlavə edib ki, İran rejimi zəifləyib, amma dağılmaq həddinə çatmayıb:

“Sistemin hələ də aktiv olan və hədəfə alınmalı müəyyən hissələri var. Rejim dağılmaq üzrə olduqda, xalq hakimiyyəti ələ keçirməyə hazır olacaq. Bu, koordinasiyalı kampaniya olmalıdır. Biz xalq olaraq öz üzərimizə düşəni edirik, amma kənar köməyə ehtiyacımız var. Bu kömək başlayıb, lakin yarı yolda dayanmamalıdır. Rejim heç vaxt danışıqlar aparmaq niyyətində olmayıb, yəqin heç vaxt da olmayacaq. Səbəb odur ki, azad dünya ilə birgəyaşayış onların DNT-sində yoxdur. Onlar orada öz ideologiyalarını yaymaq üçün mövcuddurlar”.

Tarix
2026.04.29 / 09:52
Müəllif
Axar.az
Digər xəbərlər

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

Putindən Azərbaycanla bağlı açıqlama...

Məkkə Sazişi: İrana qarşı “sünni bloku”, yoxsa…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla