Yuxarı

Türkiyədə su anbarı daşdı, sakinlər təxliyə edildi - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə su anbarı daşdı, sakinlər təxliyə edildi - Video

Türkiyənin Tokat vilayətində son bir həftə ərzində yağan şiddətli yağışlar Yaşılirmaq çayında suyun səviyyəsinin artmasına səbəb olub.

Axar.az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

Bildirilib ki, nəticədə kənd təsərrüfatı və enerji istehsalı məqsədilə istifadə edilən Almus su anbarı daşıb.

Məlumata görə, çox sayda əkin sahəsi su altında qalıb.

Bundan başqa, təhsil müəssisələrində 3 günlük tətil elan edilən Turhal rayonunda daşqın ehtimalına qarşı hazırlıq vəziyyəti davam edir. Rayon üzrə 15 məhəllə və 7 kənd boşaldılıb. Yaşayış yerlərini tərk edən sakinlər sığınacaq və mehmanxanalara yerləşdiriliblər.

Qeyd olunub ki, çay üzərindəki iki körpünün suyun hərəkətinə maneə yaradaraq daşqın təhlükəsini daha da artırdığı müəyyənləşib. Həmin körpülər sökülüb.

İndiyə kimi can itkisi və xəsarət alanlar qeydə alınmayıb.

Tarix
2026.05.21 / 11:48
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla