Yuxarı

Britaniya XİN də İsrail səfirini çağırdı - Qalmaqal

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Britaniya XİN də İsrail səfirini çağırdı - Qalmaqal

İsrailin müvəqqəti işlər vəkili Daniela Qrudski Ekşteyn Böyük Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

Axar.az xəbər verir ki, bu barədə XİN-in mətbuat xidmətindən bildirilib.

"Çağırış Böyük Britaniyanın İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin davranışını - Sumud donanmasının iştirakçılarını təhqir etməsini qətiyyətlə pisləməsi ilə bağlıdır. Bu cür davranış hörmət və insan ləyaqətinin ən əsas normalarının pozulmasıdır", - bəyanatda deyilir.

XİN həmin şəxslərin saxlanma şəraitindən dərin narahatlığını ifadə edib və İsrail hakimiyyətindən izahat tələb edib:

"Donanmanın humanitar yardım çatdırmaq cəhdi Qəzza zolağındakı vəziyyətin ciddiliyini nümayiş etdirir. İsrail quru marşrutları ilə daha çox həcmdə yardımın təhlükəsiz şəkildə çatdırılmasını təmin etməlidir. Biz bu missiyada iştirak edən Britaniyanın bir neçə vətəndaşının ailələri ilə əlaqə saxlayırıq və istənilən vaxt konsulluq dəstəyi göstərməyə hazırıq".

Qeyd edək ki, İsrail Hərbi Dəniz Qüvvələri humanitar yardımla Qəzzaya gedən Sumud donanmasına aid gəmiləri əməliyyat nəticəsində saxlayıb. Daha sonra təhlükəsizlik naziri Ben-Qvir saxlanılan fəalların təhqir edilməsini əks etdirən görüntülər paylaşıb.

Tarix
2026.05.21 / 19:47
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla