Yuxarı

Krımı idarə edən müharibədə qalib gəlir - General

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Krımı idarə edən müharibədə qalib gəlir - General

Krımı azad etmək üçün Ukrayna onu təcrid etməli və rusların yarımadada qalmasını qeyri-mümkün etməlidir.

Axar.az xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Avropadakı keçmiş baş komandanı, istefada olan general Ben Hoces deyib.

“Ukrayna dəqiq idarə olunan silahları ilə Krımın hər kvadrat metrini vura bilər. Buna görə də, rusların orada qala bilməyəcəklərini və Krımın onlar üçün heç bir faydası olmadığını başa düşmələri üçün aerodromlar, donanmanın qalıqları, logistika və müharibədə iştirak edən digər hədəfləri vurulmalıdır.

Krıma gedən yolları — həm Cankoya gedən yolu, həm də böyük psixoloji təsirə malik Kerç körpüsünü bağlamaq vacibdir. Və bu körpü mövcud olduğu müddətcə, hətta sülh razılaşdırıldıqdan sonra belə, Ukraynanın Azov dənizinə çıxışına maneə olaraq qalacaq. Buna görə də, bu körpü gec-tez dağılacaq.

Mən hələ də inanıram ki, Krım bu müharibənin ən vacib yeri, mərkəz nöqtəsidir. Krımı idarə edən tərəf isə müharibədə qalib gəlir. Rusiya Krımı idarə etməyə davam edərsə, müharibəni bitirməyi və uzunmüddətli, davamlı sülhə nail olmağı təsəvvür edə bilmirəm.

Rusiya Krımı idarə etdiyi müddətcə Ukrayna heç vaxt Azov dənizinə çıxa və ya Mariupol və ya Berdyansk şəhərlərini bərpa edə bilməyəcək. Buna görə də Krım məsələsi həll olunmalıdır”, - Hoces bildirib.

Tarix
2026.05.28 / 12:51
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla