Yuxarı

ABŞ-İran danışıqlarını onlar pozur - NYT

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-İran danışıqlarını onlar pozur - NYT

İranda ABŞ-la danışıqlarda mümkün razılaşmaya doğru irəliləyişə baxmayaraq, sərt mühafizəkarlar qrupunun danışıqları pozmaq cəhdləri fonunda daxili təzyiqlər artıb.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşri məlumat yayıb.

Qəzetin məlumatına görə, bu qrupun parlamentdə, dövlət mediasında və Milli Təhlükəsizlik Şurasında təmsil olunan üzvləri Vaşinqtona güzəştlərə qarşı çıxır və mitinqlər, media kampaniyaları, eyni zamanda siyasi bəyanatlar vasitəsilə ictimai təzyiq göstərirlər.

Nəşr qeyd edib ki, İran rəhbərliyi ümumilikdə danışıqlar prosesini dəstəkləyir.

Mənbələrin məlumatına görə, Prezident Məsud Pezeşkian dövlət televiziyasını danışıqları uğursuz kimi təqdim etdiyinə və daxili fikir ayrılıqlarını dərinləşdirdiyinə görə tənqid edib.

Bildirilib ki, İranın danışıqlar qrupu daxili ziddiyyətlərə baxmayaraq, ABŞ-la təmasları davam etdirir.

Nəşrin istinad etdiyi analitiklərin fikrincə, sərt xətt tərəfdarları azlıq təşkil etsələr də, hakimiyyətin bəzi strukturlarında və İslam Respublikasının tərəfdarlarının bir hissəsi arasında təsirlərini qoruyub saxlayırlar.

Tarix
2026.05.30 / 15:19
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Abbaszadənin gedişi DİM-də nələri dəyişəcək?

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla