Yuxarı

ABŞ-ın strateji neft ehtiyatları kəskin şəkildə azaldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-ın strateji neft ehtiyatları kəskin şəkildə azaldı

ABŞ-ın strateji neft ehtiyatları son iki ilin ən aşağı səviyyəsinə enib.

Axar.az xəbər verir ki, CNN telekanalının apardığı hesablamalara əsasən, ABŞ-ın strateji neft ehtiyatlarının həcmi 2024-cü ilin aprel ayından bəri ən aşağı göstəriciyə çatıb.

ABŞ Energetika Nazirliyinin son məlumatlarına görə, ölkədə neft və neft məhsullarının ümumi ehtiyatları hazırda 1,584 milyard barrel təşkil edir və azalma tendensiyası davam edir. Strateji ehtiyatlarda neftin həcmi sonuncu dəfə 2003-cü ilin mart ayında 1,5 milyard barreldən aşağı səviyyədə qeydə alınıb.

Məlumata əsasən, İranla münaqişənin başlanmasından sonra ehtiyatlardakı neftin həcmi təxminən 12 faiz azalıb. "S&P Global Energy"nin qiymətləndirməsinə görə, Hörmüz boğazının bağlanması qlobal bazarda 1,2 milyard barrel neft itkisinə səbəb olub. Yaranmış çatışmazlığın aradan qaldırılması məqsədilə yalnız ötən həftə strateji ehtiyatlardan bazara 9,1 milyon barrel neft çıxarılıb.

Mütəxəssislər hesab edirlər ki, Vaşinqton və Tehran arasında mümkün sülh razılaşması əldə olunsa belə, neft bazarının sabitləşməsi dərhal baş verməyəcək.

Tarix
2026.05.31 / 19:52
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla