Yuxarı

Yoldaş Nikol yoldaş Trotskinin yolu ilə gedir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yoldaş Nikol yoldaş Trotskinin yolu ilə gedir

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev Ermənistanın Baş naziri Nikol Paşinyanın həm Avrasiya İqtisadi İttifaqında qalmaq, həm də Avropa Birliyinə inteqrasiya kursunu eyni vaxtda davam etdirmək cəhdlərini tənqid edib.

Axar.az Modern.az-a istinadən xəbər verir ki, Medvedyev bu barədə paylaşımında yazıb.

O bildirib ki, Paşinyanın Ermənistanın hansı inteqrasiya birliyində yer almalı olduğu ilə bağlı referendum məsələsinə yanaşması ona Lev Trotskini xatırladır:

“Yoldaş Nikol yoldaş Lev Trotskinin təhlükəli cığırı ilə gedir. Ermənistanın Aİİ-də, yoxsa Avropa Birliyində qalması ilə bağlı referendum çağırışlarına cavab olaraq Trotskinin məşhur formulasını tətbiq edib: “Nə müharibə, nə sülh, ordunu isə buraxmaq”. Yəni referendum keçirməyəcəyik, bizi AB-yə çağırana qədər gözləyəcəyik, sonra isə Avropaya qaçacağıq”.

Rusiya rəsmisi əlavə edib ki, Ermənistan bu müddətdə Aİİ üzvlüyünün verdiyi üstünlüklərdən istifadə etməyə davam edir.

Medvedyev həmçinin Trotskinin siyasi yolunun faciəvi sonluqla bitdiyini xatırladaraq, Paşinyanın siyasətinə eyham vurub.

Tarix
2026.06.01 / 20:48
Müəllif
Axar.az
Digər xəbərlər

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla