Yuxarı

ABŞ ordusu əfsanəvi təyyarənin istismarını dayandırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ ordusu əfsanəvi təyyarənin istismarını dayandırdı

ABŞ Dəniz Piyadaları Korpusu şaquli qalxma və enmə qabiliyyətinə malik “AV-8B Harrier II” hücum təyyarəsini rəsmi olaraq istismardan çıxarıb. Mərasim Şimali Karolina ştatındakı Çerri-Poynt aviabazasında keçirilib.

Axar.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, beş min tamaşaçının gözü qarşısında "Harrier" son dəfə özünəməxsus qabiliyyətini – havada asılı vəziyyətdə qalmağı və uçuş-eniş zolağı olmadan havaya qalxmaq bacarığını nümayiş etdirib. Məhz bu xüsusiyyət yarım əsrdən artıq xidmət müddəti ərzində onu dünyanın müxtəlif bölgələrində baş vermiş onlarla silahlı münaqişədə əvəzolunmaz edib.

“Harrier" üçün aerodrom lazım deyildi”, – deyə təxris olunmuş keçmiş pilot, dəniz piyadaları polkovnik-leytenantı Mayk Rauntri “Task & Purpose” nəşrinə bildirib.

Onun sözlərinə görə, təyyarənin idarə olunması üçün sükan arxasında bir dəniz piyadasının olması, həmçinin yanacaq doldurulması və silahların yüklənməsi üçün bir neçə nəfərin iştirakı kifayət edirdi. Bu, hətta primitiv meydançalarda belə mümkün olurdu.

Tarix
2026.06.05 / 23:17
Müəllif
Axar.az
Digər xəbərlər

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla