Yuxarı

Rusiyanın bot şəbəkəsi Ermənistanı qarışdırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyanın bot şəbəkəsi Ermənistanı qarışdırdı

Rusiyanın "Matryoşka" bot şəbəkəsi Ermənistandakı parlament seçkiləri zamanı dezinformasiya kampaniyası həyata keçirib.

Axar.az xəbər verir ki, bu barədə “İnsayder” sosial mediada rusiyayönümlü bot fəaliyyətini izləyən “Bot bloklayıcıları” layihəsinin araşdırmaçılarına istinadla məlumat yayıb.

Feyk məlumatların əsas süjeti botların uydurma sızmaların mənbəyi kimi istifadə etdiyi Fransanın “Tchap” dövlət mesajlaşma tətbiqi olub.

Məsələn, Fransa silahlı qüvvələr naziri Katrin Votrenin adından sızdırılan yazışmalarda qeyd olunub ki, guya Nikol Paşinyan Ermənistanı Rusiyaya qarşı hərbi bazaya çevirməyə razılıq verib.

Bundan başqa, guya fransalı nazir “Tchap”dakı yazışmasında Ermənistanın istifadə edilməsindən sonra Türkiyə və Azərbaycanın onu “uda" biləcəyini müzakirə edib və erməniləri vəhşi adlandırıb.

Feyk məlumatlar bununla bitməyib. Qeyd olunub ki, guya Fransa Paşinyanın və Mülki Müqavilə Partiyasının xeyrinə seçkiləri saxtalaşdırmaq üçün 120 milyon avro, Moldovadakı seçkilərə müdaxilə etmək üçün isə daha 120-150 milyon avro xərcləyib. Fransalı rəsmilər Ermənistanda Moldovada olduğu kimi eyni manipulyasiya üsullarından istifadə ediblər - xüsusən də 40 min yunan pul müqabilində vətəndaşlıq alıb və Türkiyə vasitəsilə Ermənistana göndərilib.

Yayılan saxta məlumatlarda Fransanın Ermənistandakı səfiri Olivye Dekottininin oğlunun 2025-ci ildə yetkinlik yaşına çatmayan iki erməni qızını zorladığı və bu işin ən yüksək səviyyədə ört-basdır edildiyi bildirilib.

Botların “Avronyus”, “Frans 24”, “Döyçe Velle”, “Liberation”, “La Croix” və “Le Parisien” kimi media qurumlarının saxta səhifələrini yaratdıqları və məlumatlarını da həmin səhifələr üzərindən yaydıqları qeyd olunub.

Tarix
2026.06.11 / 14:56
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla