Yuxarı

Heqset Ukraynanı dəstəkləyən generalı istefaya göndərir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Heqset Ukraynanı dəstəkləyən generalı istefaya göndərir

ABŞ-ın hərbi naziri Pit Heqset Ukraynanın dəstəklənməsində əsas rol oynayan, Amerikanın Avropa və Afrikadakı quru qüvvələrinin komandanı general Kristofer Donahyunu vəzifəsindən azad edir.

Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.

“Onun tezliklə istefasını elan edəcəyi və iyul ayında rəsmi olaraq xidmətini başa vuracağı gözlənilir. Donahyu ABŞ-ın ən yüksək nüfuzlu hərbçilərindən biri hesab olunur. O, İraq və Suriyadakı əməliyyatlarda xidmət edib, 2021-ci ildə ABŞ qoşunlarının çıxarılması zamanı Əfqanıstanı tərk edən sonuncu Amerika hərbçisi kimi də tarixə düşüb. Onun vəzifədən getməsinin rəsmi səbəbi açıqlanmır, lakin bu qərar Heqsetin həyata keçirdiyi genişmiqyaslı kadr dəyişiklikləri və rəhbər heyətin yenilənməsi prosesi ilə əlaqələndirilir. Son bir il yarım ərzində o, artıq onlarla yüksək rütbəli hərbi məmuru işdən çıxarıb və ya onların vəzifələrinin artırılmasına mane olub. Onların arasında Birləşmiş Qərargah Rəisləri Komitəsinin keçmiş sədri Çarlz Braun, Hərbi Dəniz Əməliyyatları rəisi Liza Franketti və Milli Təhlükəsizlik Agentliyinin direktoru Timoti Xou da var”, - məlumatda deyilib.

Tarix
2026.06.24 / 13:46
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Mirziyayev TDT-yə yeni təkliflər verdi

Ərdoğan Bayramovu qəbul etdi

Tokayevdən Azərbaycanla bağlı çağırış

Mirziyayev Ankarada İlham Əliyevə təşəkkür etdi

AXCP sədri onların əlaltısıdır... - Deputat

Ərdoğan Bayramovla ayaqüstü söhbət etdi - Video

Bayramov Ankarada Zəngəzur dəhlizindən danışdı - Foto

Azərbaycanla sərhədlərin delimitasiyası... - Kobaxidze

Roma Papası bu kilsənin açılış mərasimi üçün Bakıya gələ bilər

Bakı Cənubi Qafqazı böyük güclərin “döyüş məkanı”ndan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla