Yuxarı

İsrail xəbərdarlıq etdi: İran Trampa sui-qəsd hazırlayır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrail xəbərdarlıq etdi: İran Trampa sui-qəsd hazırlayır

İsrail İranın ABŞ Prezidenti Donald Trampa qarşı hazırladığı iddia edilən yeni sui-qəsd planı ilə bağlı kəşfiyyat məlumatlarını Vaşinqtonla bölüşüb.

Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, İran 2020-ci ildə ABŞ-ın Qüds Qüvvələrinin komandanı general Qasım Süleymanini öldürməsindən sonra Trampı açıq şəkildə hədəfə alacağını dəfələrlə bəyan edib. Trampın öldürülməsinə çağırışlar İranın ali dini lideri Əli Xameneinin vida mərasimləri çərçivəsində də səsləndirilib.

Hesabatda qeyd olunur ki, İsrailin bu kəşfiyyat məlumatını ABŞ-a nə vaxt və hansı kanal vasitəsilə ötürdüyü hələlik məlum deyil.

Donald Tramp son illərdə bir neçə sui-qəsd cəhdinin hədəfi olub. Onlardan ən səs-küylüsü 2024-cü ildə baş verən silahlı hücum idi. Həmin hadisə zamanı atılan güllə onun qulağını cüzi şəkildə yaralamışdı.

Tramp bu həftə özünə qarşı mövcud təhdidlərə toxunaraq belə deyib:

"Mən onların bütün siyahılarındayam. Bu səhər gördüm ki, onların hər bir siyahısında adım var. İndiyədək bir qədər şanslı olmuşam, amma bu, uzun müddət davam etməyə də bilər”.

Tarix
2026.07.10 / 10:11
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

Prezidentlər və xanımları “Poyi-Kalon” kompleksi ilə tanış oldu

Prezidentlər və ailə üzvləri Ark qalasında

Prezidentlər və xanımları İsmayıl Samani türbəsində - Video

Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri...

Konstitusiyada Bəyannaməyə istinad olmayacaq - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla