Yuxarı

Rusiyada leysan: Pravaya çayı məcrasından çıxdı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyada leysan: Pravaya çayı məcrasından çıxdı - Video

Rusiyanın Xabarovsk diyarında davam edən leysan yağışları nəticəsində Pravaya çayı məcrasından çıxıb və Krasnaya Reçka - Kazakeviçevo magistralının 12-ci kilometrliyində yerləşən alternativ yolu su yuyub aparıb.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə vilayətin qubernatoru Dmitri Demeşin məlumat verib.

Region rəhbəri nəqliyyat infrastrukturunun axşam saatlarına qədər qaydaya salınacağını bildirib. Onun sözlərinə görə, hazırda daşqın zonasında müvafiq qurumların əməkdaşları, o cümlədən xilasedicilər, yol təmirçiləri və yerli bələdiyyə nümayəndələri fəaliyyət göstərirlər.

"Hazırda suaxıdan borular quraşdırılır, bu mərhələ bitdikdən sonra əraziyə qaya parçaları töküləcək. Suyun çəkilməsi işlərimizin tempini artırmağa şərait yaradır", - deyə D.Demeşin vurğulayıb.

Tarix
2026.07.11 / 15:53
Müəllif
Axar.az
Digər xəbərlər

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla