Yuxarı

Mourinyodan Arda Gülər üçün pis qərar

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mourinyodan Arda Gülər üçün pis qərar

"Real"ın baş məşqçisi Joze Mourinyonun Türkiyə millisinin oyunçusu Arda Güləri əsas heyətə daxil etməyi düşündüyü bildirilirdi. Lakin portuqaliyalı məşqçinin yeni mövsüm üçün planlarını dəyişdirdiyi və 21 yaşlı ulduzu əsas oyunçu hesab etmədiyi bildirilir.

Axar.az lent.az-a istinadla xəbər verir ki, yeni mövsümdən əvvəl İspaniya nəhəngi "Real"da bəzi əhəmiyyətli proseslər baş verir.

Bu yaxınlarda "Real"ın baş məşqçisi olan Joze Mourinyonun Türkiyə millisinin oyunçusu Arda Gülərlə bağlı qərarı İspaniya mətbuatında böyük səs-küyə səbəb olub. İddia olunur ki, əvvəlcə gənc istedadı komandanın ayrılmaz hissəsinə çevirməyi hədəfləyən təcrübəli məşqçi planlarını dəyişib.

Bundan əvvəl bildirilirdi ki, portuqaliyalı məşqçi Ardanı əsas heyətdə mərkəzə yerləşdirəcək və yeni mövsümün heyətini öz ətrafında quracaq. Lakin hazırlıq prosesi və taktiki araşdırmalar təcrübəli məşqçini yenidən düşünməyə vadar edib.

Xəbərdə təcrübəli məşqçinin yeni mövsüm üçün planlarında köklü bir dəyişiklik etdiyi, yüksək fiziki və fərqli taktiki quruluşa diqqət yetirdiyi və buna görə də Arda Güləri qarşıdakı mövsümdə əsas oyunçu hesab etmədiyi bildirilib.

Tarix
2026.07.18 / 14:37
Müəllif
Axar.az
Digər xəbərlər

Naxçıvanın keçmiş rəhbərindən şok: Parlamentdə şortla...

Xəzər geri çəkilir: Azərbaycanı gözləyən 10 böyük təhlükə

Şövkət Mirziyayev Mikayıl Cabbarovu qəbul etdi

Mustafayevlə Overçuk sentyabrda görüşəcək

Vətən müharibəsi yeni reallıqlar yaradıb - Bayramov

Azərbaycan və Rusiya arasında sənəd imzalandı

Rusiya ilə birbaşa uçuşların bərpası planlaşdırılır

Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoydu

AZAL qəzası ilə bağlı bütün məsələlər... - Lavrov

Bayramov Moskvada "Naməlum əsgər"i ziyarət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla