Yuxarı

FHN Qəbələdə məşhur oteldə təlim keçirdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN Qəbələdə məşhur oteldə təlim keçirdi - Foto

FHN-in Şimal-Qərb Regional Mərkəzinin təşkilatçılığı ilə Qəbələ şəhərində yerləşən “Qafqaz Riverside Resort” otelində “Yanğınların söndürülməsi və təxliyə” mövzusunda nəzəri-praktiki maarifləndirmə tədbiri keçirilib.

Nazirliyin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, tədbirdə FHN-in Şimal-Qərb Regional Mərkəzi, Dövlət Yanğın Nəzarəti Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin, eyni zamanda otelin əməkdaşları iştirak ediblər.

Tədbirin nəzəri hissəsində otelin əməkdaşlarına fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, həmçinin ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, suallar cavablandırılıb.

Tədbirin praktiki hissəsində “Həyəcan” siqnalı verildikdən sonra baş vermiş şərti yanğın yerinə operativ çatan Qəbələ Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri tərəfindən otel personalının və qonaqların “təhlükəli ərazidən” təxliyəsi, “yanğın” yerində çevik “kəşfiyyatın aparılması və yanğının söndürülməsi” əməliyyatları simulyasiya edilib. Həmçinin, Şimal-Qərb Regional Mərkəzinin xilasediciləri oteldə “köməksiz vəziyyətdə qalmış” insanları xüsusi vasitələrlə “xilas ediblər”.

Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

Tarix
2026.07.18 / 12:37
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla