Yuxarı

İstanbulda ictimai nəqliyyat bahalaşdı - Yeni qiymətlər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İstanbulda ictimai nəqliyyat bahalaşdı - Yeni qiymətlər

İstanbul Böyükşəhər Bələdiyyəsi Məclisində qəbul edilən qərara əsasən, iyulun 20-dən etibarən şəhərdə ictimai nəqliyyat, taksi və servis xidmətlərinin gediş haqları 10 faiz artırılacaq.

Axar.az Modern.az-a istinadla xəbər verir ki, yeni qərara əsasən, avtobus və metrolarda tam biletin qiyməti 46,20 lirəyə, tələbə bileti isə 22,55 lirəyə yüksəlib. Aylıq tam “Mavi Kart” abunə haqqı 3628 lirə, tələbə kartı isə 653 lirə olaraq müəyyən edilib.

Məsafədən asılı olaraq metrobüsdə gediş haqqı 33,08 lirə ilə 68,59 lirə, “Marmaray” qatarında isə 37,40 lirə ilə 82,17 lirə arasında dəyişəcək.

Dəniz nəqliyyatında da artım qeydə alınıb. Belə ki, Üsküdar-Eminönü reysi 58,52 lirəyə, Kadıköy-Eminönü xətti 65,21 lirəyə, Bostancı-Adalar səfəri isə 171,89 lirəyə çatdırılıb.

Bahalaşma taksi və mikroavtobus xidmətlərinə də təsir edib. Taksilərdə minimum gediş haqqı 210 lirədən 230 lirəyə, taksimetrin açılış qiyməti isə 71,94 lirəyə qaldırılıb. Mikroavtobuslarda ən qısa məsafə üçün gediş haqqı 43 lirə, tələbələr üçün isə 28 lirə təyin edilib. Bundan əlavə, aylıq məktəb servislərinin minimum qiyməti 4456 lirəyə, işçi servislərinin qiyməti isə 2512,99 lirəyə yüksəlib.

Tarix
2026.07.18 / 12:56
Müəllif
Axar.az
Digər xəbərlər

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla