Yuxarı

Tramp da onun taktikasını tənqid etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp da onun taktikasını tənqid etdi

ABŞ Prezidenti Donald Tramp DÇ-2026-nın yarımfinalında İngiltərənin Argentinaya uduzduğu oyundan sonra Tomas Tuxelin taktikasını tənqid edib.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, Tramp bu barədə Nyu Yorkda FİFA prezidenti Canni İnfantino ilə birgə çıxışı zamanı danışıb.

“İngiltərənin Harri Keyn kimi çox yaxşı futbolçusu var. Düşünürəm ki, onu müdafiəçi kimi oynatmaqla səhv etdilər. Mən futboldan nə başa düşürəm ki? Amma ən yaxşı futbolçularını müdafiəyə göndərdilər”, - Tramp bildirib.

Xatırladaq ki, İngiltərə yarımfinalda Entoni Qordonun qolu ilə hesabı açsa da, daha sonra üstünlüyünü qoruya bilməyib. Tomas Tuxel ikinci hissədə müdafiəni gücləndirmək üçün bir neçə dəyişiklik edib və komandanı beş müdafiəçi ilə oynatmağa başlayıb.

Buna baxmayaraq Argentina əvvəlcə Entso Fernandesin qolu ilə hesabı bərabərləşdirib, daha sonra Lautaro Martinesin dəqiq zərbəsi ilə 2:1 hesablı qələbə qazanaraq finala yüksəlib.

Oyundan sonra Tuxel məğlubiyyətə görə məsuliyyəti öz üzərinə götürsə də, etdiyi dəyişikliklərdən peşman olmadığını bildirib. Almaniyalı mütəxəssis qərarlarını təcrübəsinə və instinktinə əsaslanaraq verdiyini deyib.

Qeyd edək ki, Argentina iyulun 19-da keçiriləcək finalda İspaniya ilə qarşılaşacaq. İngiltərə isə üçüncü yer uğrunda oyunda Fransa ilə üz-üzə gələcək.

Tarix
2026.07.18 / 20:17
Müəllif
Axar.az
Digər xəbərlər

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla