Yuxarı

PUA hücumu: Rusiyanın 4 regionunda yanğınlar başladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
PUA hücumu: Rusiyanın 4 regionunda yanğınlar başladı

Rusiyanın Lipetsk şəhərində ötən gecə raket təhlükəsi elan edildikdən sonra istilik elektrik stansiyasının yaxınlığında yanğın baş verib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, yanğın yerli istilik elektrik stansiyası və NMLK zavodunun yaxınlığında baş verib. Vilayət qubernatoru İqor Artamonov Lipetskdə istehsalat obyektlərinin açıq sahəsində 2,5 min kvadratmetrlik ərazinin yandığını desə də, konkret hansı obyektlərin alovlandığını açıqlamayıb.

Daha bir yanğın hadisəsi Rostov vilayətində qeyd alınıb. Vilayətin qubernatoru Yuri Slyusar dron qalıqlarının düşməsi nəticəsində meşə yanğınının başladığını bildirib.

Vladimir vilayətində dron yaşayış binasındakı mənzilə zərbə endirib. İlkin məlumata görə, xəsarət alan olmayıb.

Bundan başqa, Leninqrad vilayətinin Vsevolojsk şəhərində də güclü yanğın baş verib. Lakin hadisənin dron hücumu ilə əlaqəli olmadığı ehtimal olunur. Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, Ladoqa Sənaye Parkında polimer materialların istehsal olunduğu anbar və istehsal binası yanıb. Yanğın 5900 kvadrat metr sahəni əhatə edib.

Tarix
2026.07.21 / 10:00
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla