Yuxarı

Ən təhlükəli vulkanlardan biri yenidən püskürdü - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ən təhlükəli vulkanlardan biri yenidən püskürdü - Video

Qvatemalada dünyanın ən aktiv və təhlükəli vulkanlarından sayılan Fuego yenidən püskürməyə başlayıb. Güclü vulkanik aktivlik səbəbindən ölkədə narıncı təhlükə səviyyəsi elan olunub, vulkanın yaxınlığında yaşayan sakinlərin təxliyəsinə start verilib.

Axar.az Qaynarinfo-ya istinadla xəbər verir ki, vulkanın kraterindən lava axır, göyə isə kül və tüstüdən ibarət nəhəng sütunlar qalxır.

Fuego vulkanı Syerra-Madre dağ silsiləsində, Qvatemalanın ən məşhur turizm mərkəzlərindən biri olan Antiqva şəhərindən təxminən 16 kilometr qərbdə yerləşir.

Vulkan demək olar ki, fasiləsiz aktivliyi ilə seçilir. Burada hər 15-20 dəqiqədən bir kül və tüstü püskürməsi, eləcə də zəif partlayışlar müşahidə olunur. Lakin iri miqyaslı püskürmələr nadir hallarda baş verir. Hazırkı hadisə 2015-ci ildən bəri doqquzuncu, son dörd ildə isə üçüncü güclü püskürmə hesab olunur.

Xatırladaq ki, Fuego vulkanı son illərdə də dağıdıcı püskürmələrlə gündəmə gəlib. 2023-cü ildə baş verən püskürmə zamanı təxminən 1700 nəfər təhlükəli ərazidən təxliyə edilmişdi.

Vulkanın ən faciəli püskürməsi isə 2018-ci ildə qeydə alınıb. Həmin vaxt lava və piroklastik axınlar yaxınlıqdakı yaşayış məntəqələrini bürümüş, nəticədə 215 nəfər həyatını itirmişdi.

Tarix
2026.08.04 / 13:50
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla