Yuxarı

Gürcüstandakı elektrik kəsintisinin səbəbi...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstandakı elektrik kəsintisinin səbəbi...

Gürcüstanın enerji sisteminin tamamilə dayandırılması "Enquri" SES-in planlaşdırılan sınaqları ilə əlaqədardır.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın Enerji və Su Təchizatı Tənzimləmə Komissiyasının üzvü Giorgi Pangani məlumat verib.

Onun sözlərinə görə, qəzanın dəqiq səbəblərini müəyyən etmək üçün hazırda hadisənin ətraflı təhlili aparılır:

“Bu gün Dövlət Elektrik Sistemi "Enguri" SES-in bloklarında planlı sınaqlar keçirib. Məqsəd 24 və 25 iyul tarixlərində baş verən qəzaları nəzərə alaraq sistemdəki zəif nöqtələri müəyyən etmək və qiymətləndirmək idi. Sınaq digər tədbirlərlə yanaşı, Gürcüstan enerji sisteminin təcrid olunmuş rejimdə işləməsini də əhatə edib. Bu rejim, enerji sisteminin tamamilə bağlanması ehtimalı da daxil olmaqla, əhəmiyyətli texniki risklərlə əlaqələndirilirdi”.

Tarix
2026.08.06 / 01:42
Müəllif
Axar.az
Digər xəbərlər

Vardanyana görə Bakıya gəlməyən Talebin oyunları...

Hikmət Hacıyevin fikirləri Türkiyədə səhv təqdim edildi - Foto

Azərbaycan Mərakeşdə fəxri ölkə seçildi

Bakı metrosunda yeni tunellərin inşası nə vaxt bitir?

Transxəzər fiber-optik rabitə xəttinin tikintisi başa çatdı

Ermənistana 14 vaqon buğda göndəriləcək

İran Xəzərlə bağlı razılığa gəldi: Tehran nədən çəkinir?

İrəvanda TRİPP müzakirəsi: Azərbaycanla sülh...

Azərbaycan malları Ermənistanda: İxrac sürətlə artır...

İranlı professor: Azərbaycanı hədələmək əvəzinə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla