Yuxarı

DİM sədrindən çağırış: Düzgün məlumatı...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DİM sədrindən çağırış: Düzgün məlumatı...

Bu gün informasiyaya çıxış heç vaxt olmadığı qədər asandır. Amma düzgün məlumatı tapmaq və etibarlı mənbəni seçmək artıq ayrıca bir bacarıqdır.

Axar.az xəbər verir ki, bu sözləri DİM sədri Məleykə Abbaszadə Feysbuk hesabında yazıb.

"Bəzən sosial şəbəkələrdə yayılan qeyri-dəqiq məlumatlar və ya şayiələr imtahan iştirakçıları və valideynlərdə əlavə narahatlıq yaradır. Halbuki əksər sualların cavabı artıq Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsində, sosial şəbəkə hesablarında və digər rəsmi informasiya resurslarında yerləşdirilib.

Mən hər zaman ilk növbədə məlumatı rəsmi mənbələrdən yoxlamağı tövsiyə edirəm. Bu, həm vaxta qənaət edir, həm də yanlış qərar vermək riskini azaldır.

Əlbəttə, elə suallar olur ki, onların cavabını saytda tapmaq mümkün olmur və ya konkret vəziyyətlə bağlı əlavə izaha ehtiyac yaranır. Belə hallarda vətəndaşlar Dövlət İmtahan Mərkəzinin 1653 Çağrı Mərkəzinə və ya çatbot xidmətinə müraciət edə bilərlər.

2025-ci ildə Çağrı Mərkəzimiz tərəfindən 181 155 zəng cavablandırılıb. 2026-cı ilin ilk 7 ayı ərzində isə 99 780 müraciət cavablandırılıb. Eyni dövrdə DİM-in çatbotundan 70 178 dəfə istifadə edilib. Bu rəqəmlər göstərir ki, vətəndaşlarımız məlumat almaq üçün müxtəlif kanallardan fəal şəkildə istifadə edirlər.

İnformasiyanın çox olduğu bir dövrdə etibarlı mənbəyə söykənmək düzgün qərar verməyin ən vacib şərtlərindən biridir", - o qeyd edib.

Tarix
2026.08.06 / 00:35
Müəllif
Axar.az
Digər xəbərlər

47 min Qarabağ ermənisi vətəndaşlıq aldı

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla