Yuxarı

Ukrayna ordusunda döyüşən xarici vətəndaşların sayı...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna ordusunda döyüşən xarici vətəndaşların sayı...

Hazırda təxminən 16 min xarici könüllü Ukrayna ordusunun tərkibində döyüşür.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın hərbi ombudsmanı Olqa Reşetilova məlumat verib.

Onun sözlərinə görə, bu döyüşçülər ən azı 72 ölkəni təmsil edir və onların təxminən 40%-i Latın Amerikası ölkələrinin vətəndaşlarıdır.

Reşetilova qeyd edib ki, Hərbi Ombudsman Ofisi fəaliyyətə başladığı 27 yanvar tarixindən etibarən quruma xarici hərbçilərdən, onların ailə üzvlərindən və səlahiyyətli nümayəndələrindən 300-dən çox müraciət daxil olub.

Reşetilovanın sözlərinə görə, Ukrayna ordusunda xidmət edən əcnəbilərin hüquqlarının qorunması üçün dövlət mexanizmini ardıcıl şəkildə inkişaf etdirir:

"Həmçinin bu işin mühüm tərkib hissəsi Ukraynanın diplomatik nümayəndəliklərinin xarici könüllülərin hüquq və qanuni maraqlarının müdafiəsi ilə bağlı məsələlərin həllində göstərdiyi dəstək və əməkdaşlığa hazır olmasıdır".

Tarix
2026.08.06 / 09:15
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Ukraynada səfərdədir

Vardanyana görə Bakıya gəlməyən Talebin oyunları...

Hikmət Hacıyevin fikirləri Türkiyədə səhv təqdim edildi - Foto

Azərbaycan Mərakeşdə fəxri ölkə seçildi

Bakı metrosunda yeni tunellərin inşası nə vaxt bitir?

Transxəzər fiber-optik rabitə xəttinin tikintisi başa çatdı

Ermənistana 14 vaqon buğda göndəriləcək

İran Xəzərlə bağlı razılığa gəldi: Tehran nədən çəkinir?

İrəvanda TRİPP müzakirəsi: Azərbaycanla sülh...

Azərbaycan malları Ermənistanda: İxrac sürətlə artır...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla