Yuxarı

Gürcüstanda müxalifət partiyaları ləğv edilə bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstanda müxalifət partiyaları ləğv edilə bilər

Gürcüstanın Konstitusiya Məhkəməsi hakim “Gürcü Arzusu” partiyasının müxalifət partiyalarının ləğvi ilə bağlı iddiasını nəzərdən keçirməyə başlayıb.

Axar.az APA-ya istinadən xəbər verir ki, məhkəmənin bugünkü qərarı ilə iş baxılması üçün plenuma təqdim edilib.

İddiada sabiq prezident Mixail Saakaşvilinin təsis etdiyi Vahid Milli Hərəkat Partiyası, “Dəyişikliklər naminə” koalisiyası, “Lelo - Güclü Gürcüstan”, “Federalistlər” və keçmiş baş nazir Georgi Qaxariyanın “Qaxariya Gürcüstan naminə” partiyalarının Gürcüstan Konstitusiyasına zidd elan edilməsi tələbi yer alıb.

Qeyd edək ki, Gürcüstan parlamentinin 88 deputatının imzaladığı ilk iddia ötən ilin oktyabrında Konstitusiya Məhkəməsinə təqdim olunmuşdu. “Gürcü Arzusu” ötən ay iddianı “Qaxariya Gürcüstan naminə” partiyasını əlavə etməklə yeniləyib. Partiya iddiada göstərdiyi siyasi birlikləri 2024-cü ildə baş tutmuş parlament seçkilərinin legitimliyini tanımamaqda, siyasi quruluşun zorla dəyişdiriliməsinə yönəlmiş fəaliyyət göstərməkdə və Gürcüstana qarşı sanksiyaların tətbiqinə çağırışlarda ittiham edir.

Tarix
2026.10.06 / 20:24
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla