
Şuşadakı bu foto Sezarın tarixi sözlərini xatırlatdı - Foto
07:00
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Rusiya heç vaxt Kuril adalarından əl çəkməyəcək.
Axar.az xəbər verir ki, bunu Yaponiyaya səfəri zamanı jurnalistlərə açıqlamasında Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko söyləyib. Onun sözlərinə görə, bu məsələdə Rusiya hakimiyyətinin mövqeyini rus xalqı da dəstəkləyir:
"Bu adalar bizim tərkibimizə İkinci Dünya müharibəsi zamanı keçib və beynəlxalq sənədlər Rusiya ərazisi kimi tanınıb. Kurilin Rusiyanın tərkibindən ayrılacağı ilə bağlı heç bir danışıqdan söhbət gedə bilməz".
Qeyd edək ki, Kuril adaları artıq uzun müddətdir Rusiya və Yaponiya arasında əsas mübahisə mövzusudur. Rəsmi Tokio Moskvadan öz ərazilərinin geri qaytarılmasını tələb edir.
Tarix
2016.11.01 / 15:00
|
Müəllif
İlkin Həsənov
|