Fransada dörd nəfərə aid sümük və üzərində "pedofillərə
ölüm" yazısı olan kəllə sümüyü tapılıb. Hadisə, qorxu janrında olan
serial "Dekster"i xatırladıb.
Dünya səviyyəsində reytinq rekordları qıran kriminal janrında
olan serial "Dekster"dəki hekayə gerçək olub. Fransanın Antibes
sahilində suya girən dalğıc insan sümüklərinə rast gəlib və
hərbi-polislərə xəbər verib. 15 gün müddətində dənizdə araşdırma
edən hərbi-polislər bir bud sümüyü, iki bazu sümüyü, bir kəllə və
bir də çənə sümüyü tapıb. Kəllə sümüyünün üzərində pozulmayan
mürəkkəblə "pedofillərə ölüm" yazısını görə detektivlər araşdırmanı
daha da dərinləşdiriblər. DNT testindən sonra bazu sümüklərindən
birinin 1994-cü ildə 18 yaşı tamam olmamışdan bir neçə gün əvvəl
itkin düşən Stefan Harsona aid olduğu dəqiqləşib. Hadisə,
cinayətkarlar arasından seçdiyi qurbanlarını öldürüb parçalayaraq,
cəsədlərini qayığı ilə dənizə atan detektiv Dekster Morqanın
hekayəsini xatırladıb.