Yuxarı

Rezin ördək Nyu Yorkun “Şöhrət Zalı”na düşdü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rezin ördək Nyu Yorkun “Şöhrət Zalı”na düşdü

"Milli Oyuncaq Şöhrət Zalı" Amerikanın ən məhşur oyuncaq və oyunları daxil olan zaldır. Bu zalın əsası Ed Sobeyin rəhbərliyi altında 1998-ci ildə qoyulub. Hər il müəyyən kriteriyalara cavab verən oyun və oyuncaqlar bu zala seçilir. Bu ilin qalibləri isə rezin ördək və şahmatdır.

Rezin ördək və şahmat taxtası Amerikanın 2013-cü il üçün "Milli Oyuncaq Şöhrət Zalı"na daxil olub. Onlarla yanaşı daha 10 rəqib olub. Məsələn, sabun kopürcəkləri, yaşıl əsgərlər, "Pac-Man" oyunu, ninza-tısbağaları, "Dostluq möcüzədir" serialının qəhrəmanları və s.

Hər kəs oyun və ya oyuncağı nominasiyalandıra bilər, lakin finala çıxmaq üçün onun "mədəni ikona" statusu olmalıdır, bir neçə nəsil yaşamalıdır, oyuncaq dünyasına əsaslı təsir etməlidir.

Şöhrət zalının jürisinə 23 ekspert daxildir. Onların arasında kolleksiyaçı, dizayner və psixoloqlar var. 15 il əvvəl əsası qoyulan kolleksiya Nyu-York ştatında yerləşir.

Şöhrət zalında artıq 54 əşya var. Onların içində kublar, oyun ipi, oyun kartları və "Skrabl" var.

Tarix
2013.11.09 / 01:02
Müəllif
Nərminə Allahverdiyeva
Digər xəbərlər

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi

Paşinyanın bu qərarı Putini qorxutdu

Azərbaycan Əlcəzairə dəstək verdi

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Yaponiya baş naziri Azərbaycana buna görə təşəkkür etdi

Azərbaycan zəlzələ ilə bağlı Yaponiyaya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla