Yuxarı

"Reina" terrorçusu ilə bağlı şok: Özünü partladacaqdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Reina" terrorçusu Əbdülqadir Maşaripovun polisə verdiyi ifadənin təfərrüatları yavaş-yavaş bəlli olur.

Axar.az xəbər verir ki, Ə. Maşaripovun verdiyi hər bir ifadənin doğru olub-olmadığı polis tərəfindən yoxlanılır.

Terrorçunun yaşadığı evə 6 yanvarda getdiyi və 16 yanvara qədər orada gizləndiyi bəlli olub. Həmçinin onun 4 yaşlı oğlunun axtarışı davam etdirilir.

Ə. Maşaripovun Özbəkistanda universitetlərdən birində Fizika fakültəsində təhsil aldığı müəyyən edilib. Onun Türkiyə Əmniyyət Müdirliyindəki (TEM) nəzarətxanaların birində təkbaşına saxlanıldığı barədə məlumat əldə edilib. Nəzarətxanada bir müddət danışmadığı iddia edilib.

"Reina" terrorçusu ilə bağlı son məlumatlar isə belədir:

Ə.Maşaripov Rakkadan aldığı təlimatla canlı bomba olmağı qəbul edib və özünü partladacaqmış. Ancaq Türkiyədə keçirilən əməliyyatlar zamanı üzərində bomba daşıyan bir çox insan saxlanılıb, bunlar arasında bomba satan kuryerin də olması "Reina" terrorçusunun fikrini dəyişdirməsi və silahlı hücuma keçməsi ilə nəticələnib.

"CNN Türk"ün məlumatına görə, əmrin Rakkadan gəldiyi təsdiqlənib. Təşkilatın Türkiyə əmiri Xoca Akının müavini Xoca Yusif kod adlı İlyas Mamaşapirovla görüşdüyü ortaya çıxıb. Həmçinin internet üzərindən də sosial şəbəkələrdən istifadə edildiyi müəyyən edilib.

"Reina" terrorçusu ilə ünsiyyət quran bir nəfərin Bursaya getdiyi və bu gün səhər saatlarında 27 nəfərin də saxlanıldığı bildirilib. Kayseri, Hatay, İzmirdən sonra Bursada da İŞİD-ə qarşı növbəti əməliyyat keçirilib.

Tarix
2017.01.18 / 21:01
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Polşa prezidenti və baş naziri COP29-da iştirak edəcək

Azərbaycan səfiri britaniyalı nazirlə görüşdü - Foto

Frank Şvabe siyasi terrorçudur - Səməd Seyidov

Almatı görüşü: İrəvan hələ də cavab verməyib - Bakayev

Mirzoyan açıqladı: Türkiyə və Azərbaycanla...

İlham Əliyev ABŞ rəsmilərini qəbul etdi

Macarıstan İrəvana 10 milyonluq yardımı Bakıya görə bloklayır

Ermənistan sərhəddəki bu kəndi minalardan təmizlədi

Bayramov livanlı həmkarı ilə görüşdü

Sabiq baş nazir və generaldan Başkənd əməliyyatı haqda şok

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla