Yuxarı

İnsan dərisi ilə üzlənmiş kitablar - Şok

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İnsan dərisi ilə üzlənmiş kitablar - Şok

Bahalı və qədim kitabları bir araya gətirən kitabxanaların hər zaman qəribə bir yönü olur. Toz qoxusu ilə sürreal bir hava yaradan bu kitabxanalar haqqında danışanda şübhəsiz ki, Harvard kitabxanasını unutmaq olmaz.

Çünki 3 il öncə bu kitabxanada olan 3 kitab onun başqalarından fərqli olduğunu sübut etdi. Belə ki, onların üz qapaqlarındakı dəri digərlərinə bənzəmirdi. Aparılan araşdırmalardan bəlli oldu ki, kitabların üzlənməsində istifadə olunan dəri insan dərisidir. Hətta bu kitablardan birinin dərisi canlı insandan alınıb.

"Axar.az" xəbər verir ki, əslində, kitab qapaqlarının insan dərisindən hazırlanması 17–ci yüz ildə yayğın hala gəlmişdi. Adına "İnsan dərisi ilə kitab üzləmə sənəti" deyilən bu "sənətdə" xüsusən anatomiyaya aid olan kitabların üz qapağını insan dərisi ilə örtmək dəb halına gəlmişdi. Bu dərilər tibbi araşdırmalar sırasında üzərində təcrübə aparılan meyitlərdən alınırdı.

İndi Harvardda olan kitablardan biri qədim Roma şeirlərindən, digəri Fransa fəlsəfəsindən bəhs edən kitabdır. İnsan dərisi ilə üzlənən kitabsa orta əsrlər İspaniyasının hüquq sistemindən bəhs edən kitabdır.
Kitabda bunu sübut edən qəribə bir paraqraf var.

"Bu kitabın üzü 1632-ci ildə 4 avqust tarixində diri-diri dərisi soyulan sevgili dostum Conas Vriqqitdən qalan tək şeydir. İndi kitabın üzərində onun dərisi var. Rahat yatsın!"

Əgər Harvard kitabxanasına yolunuz düşsə, bu kitablara toxuna bilərsiniz.

Tarix
2014.04.11 / 03:00
Müəllif
Selcan
Digər xəbərlər

Ceyhun Bayramov Ukraynada səfərdədir

Vardanyana görə Bakıya gəlməyən Talebin oyunları...

Hikmət Hacıyevin fikirləri Türkiyədə səhv təqdim edildi - Foto

Azərbaycan Mərakeşdə fəxri ölkə seçildi

Bakı metrosunda yeni tunellərin inşası nə vaxt bitir?

Transxəzər fiber-optik rabitə xəttinin tikintisi başa çatdı

Ermənistana 14 vaqon buğda göndəriləcək

İran Xəzərlə bağlı razılığa gəldi: Tehran nədən çəkinir?

İrəvanda TRİPP müzakirəsi: Azərbaycanla sülh...

Azərbaycan malları Ermənistanda: İxrac sürətlə artır...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla