Yuxarı

Ermənilər küçələrə axışır: Sərkisyana Qarabağ tələbi - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər küçələrə axışır: Sərkisyana Qarabağ tələbi - Video

Bu gün saat 18:00-da “Erməni Milli Konqresi” İrəvanda mitinq keçirəcək.

Publika.az xəbər verir ki, mitinq 2008-ci il 1 mart hadisələrinin qurbanlarının xatirəsinə həsr olunub.

“Erməni Milli Konqresi” xalqı küçələrə çıxmağa və mitinqə dəstək verməyə çağırıb.

“Erməni Milli Konqresi”nin parlament fraksiyasının katibi Aram Manukyan deyib ki, mitinqdə təntənəli yürüş olacaq.

“10 insanın həyatını itirdiyi hadisələrdən 9 il ötür. Bu hadisələrə görə heç kim cəzalandırılmayıb. İş İnsan Haqları üzrə Avropa Məhkəməsinə verilib”, - o bildirib.

Ermənistan mediası isə yazır ki, mitinq seçkiqabağı təbliğat xarakteri daşımasa da, yürüş zamanı siyasi şüarların səslənəcəyi gözlənilir. Xüsusilə cəbhədə baş verən son hadisələrlə bağlı çağırışlar ediləcək. Hakimiyyətdən Dağlıq Qarabağ münaqişəsini həll etmək tələb olunacaq. Mitinq iştirakçıları “Erməni Milli Konqresi”nin lideri Levon Ter-Petrosyanın münaqişənin həlli ilə bağlı tezislərini səsləndirəcəklər.

Qeyd edək ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan 2016-cı ilin 17 dekabrında partiyasının qurultayında çıxışı zamanı “Qarabağ münaqişəsi Ermənistanın inkişafına əsas əngəldir” deyə bildirib.

O, ərazilərin təcili qaytarılması və münaqişənin həll olunması tezisini irəli sürüb. Qeyd edib ki, daha sonra hər şey Ermənistan üçün daha pis nəticə verə bilər.

Tarix
2017.03.01 / 15:29
Müəllif
Axar.az
Digər xəbərlər

Avropa Birliyinin səfiri Azərbaycan dilini öyrənir

Nəcibə Nəsibova bu universitetə rektor təyin olundu

“Azərpoçt”da böyük kadr dəyişikliyi - Siyahı

İranın AzTV-yə qarşı addımı ilə bağlı bəyanat yayıldı

Bu türk ölkəsi ilə 5 ildə ticarət 13 dəfə artıb

Fransanın bu bəyanatları qəbuledilməzdir - XİN

KMBİ fişinq şəbəkəsinin daha iki üzvü saxlanıldı - DİN

İlham Əliyev bu liderlərlə Qolf Klubunun açılışında - Foto

Axtarışda olan şəxs Azərbaycana ekstradisiya olunur

Çolpon-Atada Əliyevin səfərinə həsr olunmuş banner

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla