Yuxarı

Balkanlar parçalanır: İkinci Kosova yaradılır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Albanların milli maraqlarına görə Makedoniyada iki millətli dövlət yaradılmalıdır.

Axar.az xəbər verir ki, bunu “Vzqlyad” qəzetinə açıqlamasında Balkanlar üzrə ekspert Mariya Tretyakova söyləyib. O, Makedoniyanın mövcudluğunun təhlükə altında olduğunu bildirib:

“Albanlar dillə yanaşı Makedoniya gerbi, himni və bayrağında Albaniyanın simvollarının olmasını və büdcənin etnik prinsipə görə bölünməsini istəyirlər. Onlar həmçinin 1912-1956-cı illərdə alban xalqına qarşı aparılmış soyqırımın Makedoniya parlamenti tərəfindən pislənməsini də istəyirlər. Prezident Georgi İvanovun fikrincə, müxalifət alban kartını oynamaqla ölkəni məhv edəcək. Ona görə də o, ölkənin suverenliyi, ərazi bütövlüyünə qarşı olanlara mandat verməyəcək. Hazırda Makedoniya dərin siyasi böhran içindədir. Seçkilərin ölkədəki situasiyanı düzəldəcəyi ümidi hər keçən gün daha da itir. Ölkədə aksiyalar səngimir. Maraqlı məqam odur ki, ABŞ və Avropa Birliyi müxalifət lideri Zoran Zayevi dəstəkləməkdə davam edir. Keçmiş baş nazir Qruyevskinin istefası və müxalifəti hakimiyyətə gətirmək üçün seçkinin keçirilməsi məsələsi ilk gündən etibarən amerikalı milyarder Corc Sorosun təşkilatlarının nəzarəti altında aparılırdı. Bu işdə ABŞ-ın Makedoniyadakı səfiri Ces Beyli də mühüm rol oynayıb. Alban qüvvələrinin aktivləşdirilməsi və onların irəli sürdüyü şərtlər Balkanlarda yeni etnik konfliktə şərait yaradır. Belə olan halda isə Makedoniya yox ola bilər. Albanlar əvvəl heç vaxt olmadığı kimi Böyük Albaniya ideyasını reallaşdırmağa yaxınlaşırlar. Artıq Balkanlarda iki alban dövləti var, üçüncüsü isə tezliklə ola bilər. Radikal alban liderlər bütün Makedoniyanın albanlaşdırılması və ölkənin içəridən tutulmasını istəyirlər. Bununla da ölkə mərhələli formada ikinci Kosovaya dönəcək”.

Qeyd edək ki, Makedoniyada siyasi böhran 2015-ci ildən başlayıb. Hökumətin istefasından sonra keçirilən parlament seçkisində müxalifət qələbə qazanıb. Lakin hakim partiyadan səs üstünlüyünün az olması müxalifətin albanlarla yaxınlaşmasına səbəb olub. Üstəlik, alban separatçılarının son günlər bölgədə aktivliyi artıb. Prezident Georgi İvanovun müxalifət lideri Zoran Zayevə hökuməti formalaşdırmağa izn verməməsi Qərbin etirazı ilə qarşılanıb.

Makedoniya əhalisinin 65%-i makedon slavyanlarından ibarətdir. Albanlar Makedoniyanın 25%-ni, türklər isə 4%-ni təşkil edir.

Tarix
2017.03.05 / 09:00
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla