Yuxarı

Jirinovski Napoleon və Eynşteynin qohumu çıxdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Jirinovski Napoleon və Eynşteynin qohumu çıxdı

LDPR lideri Vladimir Jirinovski Napoleon və Eynşteynlə ortaq kökləri olduğunu elan edib.

Jirinovski digər siyasətçilərdən də öz soy köklərilə maraqlanmağa çağırış edib.

Millət vəkili bu məsələni prezident Vladimir Putinin də iştirak etdiyi Dövlət Şurasının iclası zamanı qaldırıb.

"Vladimir Vladimiroviç, mən öyrənmişəm ki, Albert Eynşteyn və Napoleonla eyni köklərim var", - deyə Jirinovski Amerika laboratoriyasında edilən məlumatların təhlilinə istinadən bildirib.

Jirinovski qeyd edib ki, bu iki şəxslə birbaşa olmasa da uzaqdan ümumi köklərlə qohumluğu var.

"Siz hansı ailədən, hansı tayfadan olduğunuzu öyrənin", - deyə Jirinovski Dövlət Şurasının iştirakçılarına təklif edib.

Jirinovski çıxışını bitirdiyi zaman Putin təbəssümlə "Yaxşı ki, söhbətinizi Napoleon kimi qurtarmadınız" sözlərini deyib.

Bu zaman yerdən Kommunist partiyasının lideri Gennadi Zyuqanova müraciət edən Jirinovski "Gennadi Andreyeviç, sizin hansı kökləriniz var?" deyib. "Kəndli", - kommunistlərin lideri belə cavab verib.

"Rusiyada əsrlər boyu " zyuqanovka "adlı buğda növü olub. Bunun üçün mən Napoleondan çox kəndçilərə yaxınam", - Kommunist partiyasının Gennadi Zyuqanov qeyd edib. /ANS/

Tarix
2014.04.21 / 22:59
Müəllif
Axar.az
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla