Yuxarı

Harun Yəhya Baş nazirin xanımına “ana” dedi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Harun Yəhya Baş nazirin xanımına “ana” dedi

Türkiyənin "A9 TV" kanalında yayımlanan "Adnan Oktarla söhbətlər" proqramında Harun Yəhya adı ilə tanınan Oktar Baş nazir Ərdoğanın ona zəng etdiyini deyib.

"Axar.az" xəbər verir ki, Harun Yəhya Ərdoğanın ona telefon nömrəsi istəmək üçün zəng etdiyini bildirib:

"Baş nazirimiz Tayyib Ərdoğan - aslan Baş nazirimiz, bizdən şeyximizin telefon nömrəsini istədi. Baş nazirimiz Şeyx Bahəddin Əfəndiyə zəng edib danışdı. Bizə dedi ki, nə lazım olsa, etməyə hazırıq, əfəndi həzrətləri bizim şeyximizdir, biz şeyximizi çox sevirik".

Adnan Oktar Baş nazir Ərdoğanın tozdan təsirlənərək ağ ciyər narahatlığı keçirən şeyx üçün təcili yardım təyyarəsi ayırdığını və xəstəxana xərclərini dövlətin qarşılayacağını söylədiyini deyib.

Əminə Ərdoğandan ziyarət

Adnan Oktar daha sonra Baş nazirin həyat yoldaşı Əminə Ərdoğandan da danışıb:

"Hörmətli Tayyib xocamızın həyat yoldaşı, xanım anamız da şeyximizi çox sevir və ziyarətinə gedir".

Adnan Oktarın (1956) özündən cəmi bir yaş böyük olan Əminə Ərdoğana (1955) "ana" deyərək xitab etməsi, proqramı izləyənlərdə çaşqınlıq yaradıb.

Tarix
2014.04.24 / 10:37
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla