Yuxarı

Ayfona görə ABŞ-ın sirlərini Çinə satdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Baş Prokurorluğu Dövlət Departamentinin əməkdaşı Kandis Marie Klabornun Çinə kəşfiyyat məlumatları ötürdüyünü müəyyən edib.

Axar.az xəbər verir ki, qadın əməkdaş dostunun yardımı ilə FTB-nin araşdırmasını ləngidib və hüquq-mühafizə orqanlarına yalan məlumat verib.

Baş prokurorun müavini Mari B.MakKord gizli məlumatların müxtəlif hədiyyələr qarşılığında Pekinə ötürüldüyünü bildirib:

“O öz vəzifəsindən şəxsi mənafeyi naminə istifadə edib. Xidmətə başladığı 1999-cu ildən bəri ən azı 2 dəfə Çinlə əlaqə yaradıb. Çinlilər son 5 il ərzində Klaborn və ailəsinin hesabına on minlərlə dollar köçürüb. Ayfon və noutbuklar hədiyyə edilib. Müxtəlif turistik səyahətlərin maliyyəsini də çinlilər qarşılayıb”.

Qeyd edək ki, FTB-nin onun izinə düşdüyünü öyrənən qadın internetdə olan bütün elektron poçt yazışmalarını silib. Əgər qadının günahı sübuta yetirilərsə, onu 25 illik həbs cəzası gözləyir.

Tarix
2017.03.30 / 23:22
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Kreml “başladı”: Lavrov Zəngəzura qarşı 2 “bəhanə” tapdı

Tramp və Putinin Avropanı şoka salan gizli sövdələşməsi...

Bunu Yevlaxa gedənlərdən soruşun! - Akopyan

Bayramov Zəngəzura görə ABŞ rəsmilərini qəbul etdi

Azərbaycanın məqsədi İran və İsrail arasında tərəf tutmaq deyil

İlham Əliyevin Qazaxıstana səfəri hazırlanır - Tokayev

FTX Azərbaycan vətəndaşını saxladı - Video

İlham Əliyev Şimali Makedoniya prezidentini təbrik etdi

Çin Rusiyanı Moskoviyaya çevirir: 40%-ini alır – Xəritə

Prezident İmaməli Rəhmana məktub göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla