Bu şəxslərə banan yemək olmaz
02:00
| Ana səhifə Planet |
|
ABŞ tərəfi Rusiya və Türkiyənin Suriya ilə bağlı əldə etdiyi razılığı dəstəkləməkdədir.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yeni sözçüsü Hizer Noyert deyib.
“ABŞ humanitar yardımların lazımi ünvanlara çatdırılması, İŞİD və digər terror qruplarının məğlub edilməsi, siyasi keçid prosesi üçün uyğun ortamın yaradılması ilə bağlı göstərilən bütün səyləri dəstəkləyir”, - Noyert bildirib.
Sözçü eyni zamanda İranın burada qarant ölkə adlandırılması ilə bağlı narahatlığını da çatdırıb:
“İranın Əsəd rejiminə dəstəyi Suriya xalqı üçün faciəvi durum yaradıb”.
Qeyd edək ki, ötən gün Astana sammitində Suriyanın 4 təhlükəsizlik zonasına bölünməsi ilə bağlı müqavilə imzalanıb.
|
Tarix
2017.05.05 / 09:09
|
Müəllif
Kamran Ədalət
|