İsrail Putinə xəbərdarlıq etmişdi, lakin...
08:00
| Ana səhifə Planet |
|
Bəzi ölkələrin istifadə etdiyi müharibə yönümlü ritorikaları regional böhranların həllində artıq təsirli rol oynamır.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin bildirib.
"Bölgədəki münaqişələrin yaratdığı təhdidləri unutmamalıyıq. Avrasiyadakı köhnə münaqişə zonaları hələ də davam edir. Bu düyünləri həll etmək üçün əvvəla müharibə ritorikasını, qarşılıqlı ittihamları bir kənara qoymalıyıq. Çünki bunlar vəziyyəti daha da ağırlaşdırır. Son istifadə tarixi dolmuş yanaşmalar müasir problemlərin həllinə töhfə verə bilməz. Müstəqil fikirlərə ehtiyac var", - Putin qeyd edib.
|
Tarix
2017.05.14 / 16:34
|
Müəllif
Pərviz Həsənov
|