Yuxarı

İrəvan təsdiqlədi: Sərkisyan qanuni oğrunu diplomat edib

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvan təsdiqlədi: Sərkisyan qanuni oğrunu diplomat edib

Ermənistan qanuni oğru Ruben Tatulyana diplomatik pasport verdiyini təsdiqləyib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan yayıb. O, Ermənistana investisiya cəlbi və iqtisadi inkişafa yardımına görə Tatulyana diplomatik pasport verildiyini bildirib.

Qeyd edək ki, Tatulya mayın 14-də Çexiyada həbs edilib. Onun həbsinə səbəb qanuni oğruların “sxodka”sında iştirakı olub. Tatulyan bu “sxodka”nı özü maliyyələşdirib. Axtarış zamanı Ded Xasan klanına mənsub Tatulyanın üzərindən Ermənistanın diplomatik pasportu tapılıb.

Tatulyan çoxdan Ermənistan hökumət nümayəndələri ilə əlaqədədir. O, Prezident Serj Sərkisyan və Baş nazir Karen Karapetyanla şəxsən tanışdır. Hətta qanuni oğru Karapetyanın yaratdığı Ermənistan İnvestorlar Klubunun üzvüdür. Soçidə yaşayan Tatulyan həmçinin diplomatik nömrə nişanı olan avtomobildən istifadə edir. Bunu isə ona Ermənistanın Rusiyadakı səfirliyi verib.

Tarix
2017.05.17 / 12:12
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi

İnzibati cərimələrin qaytarılması qaydası təsdiqləndi

Kərim Vəliyev serbiyalı generalla danışdı

Biz artıq Ermənistanla ticarətə başlamışıq - Prezident

Koştadan İranın Naxçıvana hücumuna - Reaksiya

Əliyevlə Koşta mətbuata bəyanatlarla çıxış etdilər

Biz buna böyük sərmayə yatırırıq - Prezident

İrandan təxliyə: Koşta Azərbaycana təşəkkür etdi

“Trampın yolu”nu dayandırmaq niyyətimiz yoxdur - Paşinyan

Şarl Mişel: Qlobal Bakı Forumu böyük imkan yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla