Yuxarı

Suriyada prezident seçkisi başladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Suriyada prezident seçkisi başladı

Suriyada 3 namizədin qatıldığı prezident seçkisinə start verilib.

Axar.az xəbər verir ki, bu gün səhər saatlarından başlanan seçki yalnız Bəşər Əsədin nəzarətində olan bölgələrdə keçirilir. Bəşər Əsəd, keçmiş siyasətçi Mahir Əbdülhafiz Həccar və keçmiş nazir Həsən Abdullah Ən-Nurinin qatıldığı seçki prosesi bu gün və sabah davam edəcək. Yerli vaxtla səhər 4-dən başlanan seçkinin axşam saat 17-dək davam etməsi gözlənilir.

Qeyd edək ki, hazırki Suriya rejimi ölkə tarixində ilk demokratik seçki olduğunu, ilk dəfə bir neçə namizədin seçkilərə qatıldığını bildirib. Müxalifət isə bu seçkiləri "qanlı seçki" və "axmaqlıq" adlandırıb.

Verilən ən son məlumatlara görə, seçkidə fəallıq son dərəcə aşağıdır. Demək olar ki, əhali seçkidə iştirak etmir. Beynəlxalq müşahidəçilərin seçkilərə qatılmaması, seçki kompaniyalarının keçirilməməsi nəticəsində ölkədə seçki ab-havası yoxdur.

Onu da bildirək ki, Suriya Daxili İşlər naziri, seçkilərdə 15 milyon seçicinin 9601 seçki məntəqəsində səs verəcəyini açıqlamışdı.

Tarix
2014.06.03 / 16:28
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir

İranın “düşmən” siyahısındakı “AzTV” deyil? - Müəmma

Biz alternativlər yaradırıq, Moskvada isə deyirlər ki...

Azərbaycanlılar sərhəddə buna məcbur edilir

İlham Əliyev Mərakeş Kralını təbrik etdi

İsrail Suriyaya zərbə endirdi

Bütün region bunun bədəlini ödəyir - Ərdoğan

Rusiyanın Azərbaycanla bağlı planı alınmadı - Ekspert

İqbal Ağazadədən DTX-ya şikayət edildi: Kürd qalmaqalı...

Davudoğludan gözlənilməz: Həm özü, həm də partiyası...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla